Trampla Netanyahunun görüşəcəyi tarix BƏLLİ OLDU

1 Fevral 2025 02:05 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında fevralın 4-də görüşün baş tutacağı təsdiqlənib. SİA bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib. “Baş nazir Netanyahunun fevralın 4-də işgüzar səfər və prezidentlə görüş üçün burada olacağını təsdiq edə bilərəm”, - Ağ Ev nümayəndəsi bildirib.