Tramp ABŞ qüvvələrinin Suriyadan çıxarılması imkanlarını araşdıracaq

1 Fevral 2025 02:03 (UTC+04:00)

Prezident Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması imkanlarını araşdıracaq. SİA xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karolin Levit bildirib.

“ABŞ Silahlı Qüvvələrinin baş komandanı kimi Tramp istənilən vaxt qoşunların xaricə göndərilməsinə yenidən baxmaq hüququnu özündə saxlayır”, - deyə mətbuat katibi qeyd edib.