Tramp təyyarə qəzasına görə onları günahlandırdı

1 Fevral 2025 01:28 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı təyyarə qəzasında hərbi helikopterin ekipajını günahlandırıb. SİA xəbər verir ki, ABŞ lideri bu haqda "Truth Social”da yazıb. O hesab edir ki, "American Airlines” sərnişin təyyarəsi ilə toqquşan "Black Hawk” hərbi helikopteri həddindən artıq hündürlükdə uçduğu və icazə verilən maksimum 60 metr hündürlüyünü xeyli keçdiyi üçün qaydaları pozub.

Xatırladaq ki, hadisə dünən səhər saatlarında baş verib. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. ABŞ Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb.