...Rusiya Qərb ölkələrindən fərqli olaraq heç vaxt Serbiyanı nəyəsə məcbur etməyib.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini Aleksandr Vulin bildirib. ...Rusiyanın bizi hər hansı bir şeylə şantaj etməsi ilə bağlı ən azı bir nümunə tapın və Avropa İttifaqı bizi neçə dəfə şantaj edib?
Bunu deyən Vulin vurğulayıb ki, çətin vaxtlarda Moskva Belqradın enerji təchizatı məsələsini nəzərə alıb.
Onun sözlərinə görə, Rusiya heç vaxt Serbiyadan başqa ölkələrə qarşı sanksiyalar tətbiq etməyi tələb etməyib.
Qərb ölkələri isə əksinə, Rusiya ilə əməkdaşlıq edəcəyi təqdirdə məhdudiyyətlər tətbiq etməklə hədələyir.
Bundan əvvəl Serbiya hökumətinin baş nazirinin müavini Aleksandr Vulin bəyan etmişdi ki, Qərb respublikada keçirilən etiraz aksiyaları vasitəsilə Rusiyanı Serbiyada rəngli inqilab hazırlamaqda ittiham etməyə çalışır.
Əli Babayev