Nuh Yılmaz Aleksandr Lavrentyevlə görüşüb

31 Yanvar 2025 19:44 (UTC+04:00)

Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb.

SİA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda bildirilib.

Paylaşımda qeyd olunub ki, görüş zamanı Suriyadakı son hadisələr müzakirə olunub.