Saratov yaxınlığında evlənmək üçün qaçırılan məktəbli qız tapılıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
...Tümen vilayətində qaçırılan yeddinci sinif şagirdi tapılıb. SHOT-un məlumatına görə, qız evindən 1700 km aralıda Saratov yaxınlığında tapılıb.
Bu, məlumatda deyilir.
Qızın demək olar ki, bir sutka ərzində Saratov şəhəri istiqamətində aparıldığı bildirilir. Zərərçəkmişin yaxınlarının verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları “Perexvat” planını həyata keçirib, bundan sonra onlar maşını saxlamağa nail olublar. Maşında iki yaşlı adam olub.
Qız hazırda polis nəzarətindədir. Hadisə Tümen vilayətinin Knijevo kəndində baş verib. Qızın dostlarının dediyinə görə, məktəbli qız sosial şəbəkədə onu izləməyə başlayan kişi ilə tanış olub.
Yeddinci sinif şagirdi çox narahat olubmuş və dostlarından onu evə ötürməyi xahiş edib.
Məlum olduğu kimi, ötən gün iki nəfər onu boz rəngli “Kia Rio” markalı avtomobilə sürüyərək oradan uzaqlaşıblar. Hadisə şahidləri dərhal məktəb direktoruna məlumat verib və o, polisə müraciət edib.
Nazlı Almuradova