“Dünya çempionatında nəticəmi yaxşılaşdıracam” - Şahmatçı danışdı

31 Yanvar 2025 18:15 (UTC+04:00)

“Çalışıram ki, heçnə gözləməyim”.

Bunu SİA-ya Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva deyib.

O, şahmat üzrə Azərbaycan çempionatı barədə fikirlərini bildirib.

Allahverdiyeva vurğulayıb ki, daim maksimum şəkildə nəticə qazanmaq üçün əlindən gələn edir: “Çempionatın mükafat fondu çox yaxşıdır. Sadəcə yaxşı oynamaq lazımdır. Rəqiblərimiz güclüdür. Yarışa yaxşı şəkildə hazırlaşıram. Ömür boyu şahmat üçün çalışıram”.

Allahverdiyeva gələcək planlarındanda danışıb: “Fevralın 28-də dünya çempionatında iştirak edəcəm. Güclü rəqiblərim var. Ötən il üçüncü yerə çıxdım. Bu il isə nəticəmi daha da yaxşılaşdıracağımı düşünürəm”.