...Almaniya Bundestaqı briqada Litvada daimi yerləşdiyi zaman Bundesver hərbi və mülki işçilərinin maaşlarının artırılmasını təsdiqləyib.
Cümə günü, yanvarın 31-də deputatların əksəriyyəti bir sıra qanun və qaydalara dəyişiklikləri nəzərdə tutan çoxsəviyyəli qanun layihəsinə səs veriblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Deutsche Welle” yazır.
Xüsusi tədbirlərə daha çevik iş saatları, sadələşdirilmiş əlavə ödəniş sistemi, xüsusi milli və çoxmillətli hazırlıq öhdəlikləri üçün kompensasiya və Litvada təkmilləşdirilmiş xidmət şəraiti daxildir.
Bundestaqın qəbul etdiyi qanun təkcə Litvaya aid deyil. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, hazırda təsdiq edilmiş tədbirlər geniş spektri əhatə edir - döyüş hazırlığından tutmuş əlavə ödənişlərə qədər.
Beləliklə, milli və beynəlxalq əməliyyat hazırlığı öhdəlikləri əsgərlərin tez bir zamanda xidmətə qayıtmasını tələb edir ki, bu da əlavə ödənişlərlə kompensasiya olunacaq.
...Bundan əlavə, iş vaxtından artıq işlərə görə maliyyə kompensasiyası sistemi sadələşdiriləcək və döyüş tapşırıqları üzrə güzəştlərin və qəzalar zamanı birdəfəlik ödəmələrin tətbiqi dairəsi genişləndiriləcək.
Xüsusilə ailələrlə birlikdə köçmə şəraiti yaxşılaşdırılacaq, yaxınlarından məcburi ayrılmağa görə kompensasiyaların ödənilməsi qaydasına yenidən baxılacaq.
Bundan əlavə, Bundesverdə xidmətin əmək bazarında daha rəqabətli olması üçün müqavilə müddətinin uzadılması üçün bonuslar almaq imkanları genişləndiriləcək.
...Və bundan da əlavə, keçmiş hərbçilərin əvvəlcədən icazə almadan Rusiya və ya Çin kimi xarici dövlətlərdə işləməsini qadağan edən qanun tətbiq edilir.
Bu, yüksək ixtisaslı keçmiş Bundesver işçilərinin gəlirli müqavilələr vasitəsilə işə götürülməsinin qarşısını almaq məqsədi daşıyır.
Rusiyanın Ukraynaya silahlı təcavüzü ilə əlaqədar Avropada dəyişmiş təhlükəsizlik vəziyyəti fonunda Almaniya hökuməti Litvada döyüşə hazır və muxtar döyüş bölməsi yerləşdirməyi vəd edib.
Briqadanın 2027-ci ilə qədər yerləşdirməyə hazır olacağı gözlənilir. Rudninkay və Ruklada yerləşən 5000-ə qədər əsgərin daimi mövcudluğu planlaşdırılır.
Əli Babayev