Mingəçevirdə “Gimnastika hamı üçün” növü üzrə "ustad dərsi" keçiriləcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Tədbir fevralın 2-də Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Seminar “Gimnastika hamı üçün” növü üzrə baş məşqçi Ruslan Eyvazov tərəfindən keçiriləcək.