Bakıda mağazada külli miqdarda aksiz markasız elektron siqaret aşkar edilib

31 Yanvar 2025 15:15 (UTC+04:00)

Bakıda aksiz markasız elektron siqaretlər aşkar edilib. Bu barədə SİA -ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, DGK Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində şəhərin Qaradağ rayonunda yerləşən mağazaya məhkəmə qərarı əsasında keçirilmiş baxış zamanı Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış, ümumilikdə 3717 ədəd müxtəlif markalı birdəfəlik istifadə üçün elektron siqaret və 200 ədəd elektron siqaret üçün maye aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.