“Təbii ki, bu əlmatdar bir hadisədir”. Bunu SİA-ya “Neftçi”nin qapıçısı Emil Balayev deyib.
O, Azərbaycan Premyer Liqasının 20 turunda “Araz-Naxçıvan”la səfər görüşündə (1:2) 100-cü matçını keçirməsinə münasibət bildirib.
31 yaşlı futbolçu bildirib ki, oyundan öncə bu rəqəmin fərqində olmayıb: “Matçdan sonra bildim ki, mən bu gün əlamətdar oyunuma çıxmışam. İnsan geridə qalan günlərini, illərini düşünəndə bu rəqəm adama sanki az gəlir. Bunun da öz səbəbləri var. Mən il yarım zədəli olmuşam. 4 ilə yaxın legioner həyatı yaşamışam. Təbii ki, bunları ehsablasaq az deyil. Hər şey hələ qabaqdadır”.
Balayev bildirib ki. bu əlamətdar hadisəni komandasının qələbəsi ilə qeyd etmək istəyib: “Amma biz uduzduq. Onba görə də bu xəbərə açığı ürəkdən sevinə bilmədim. Yenə də xoş bir haldır. İnanıram ki, bunun davamı gələcək”.
Qeyd edəEmil ölkə çempionatları tarixində 100 və daha çox oyun keçirən 38-ci qapıçıdır.
Banuçiçək Hüseynli