“Problem müəyyən partiya mallarda olan problemlərdir. Lakin istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilat və o cümlədən onun Azərbaycandakı nümayəndəsi olaraq Azad İstehlakçılar Birliyi bildirir ki, ümumiyyətlə bütün partiyaların malların bu brend altında buraxılan malların hamısı istehlakçılar üçün zərərlidir və burada öyrəşdirən maddələr var”. Bu sözləri SİA-ya açıqlamasında AİB sədri Eyyub Hüseynov cipslər haqqında danışarkən deyib.
Eyyub Hüseynov sözlərinə belə davam edib: “Cipsilərdə duzluluq var. İstehlakçı hüquqlarını qoruyan təşkilatlar bütün dünyada iş aparır ki, bu mallardan insanlar mümkün qədər uzaq olsun. Lakin bunlar elə böyük bir vergi ödəyicisidirlər ki, hansı ölkəyə oturdular oranın böyük vergi ödəyicisinə çevrilirlər və hökumətlər bu kimi şirkətləri öz ərazisindən çıxartmağı niyə cəsarət etmir və istəmirlər? Çünki dövlətlərə pul lazımdır. Bunların hər ikisi istər Avropada, istər Amerikada olan məsələlər istehlakçılara zərərli məsələlərdir və hər ikisi qeyd etdiyim kimi müəyyən partiya mala aiddir.
Azad İstehlakçılar Birliyi olaraq biz deyirik ki, bütün partiyaları, hətta bəyənilən partiyalar insanlara zərərlidir. İnsanlar bu mallardan mütləq və mütləq uzaq olmalıdır. Mən çox-çox təəssüflə deyirəm ki, dünyada ən böyük ərazisi olan KFC Azərbaycandadır. Bu məni çox narahat edir. Ən böyük ərazini yer tutan KFC bugün dünya miqyaslı Azərbaycandadır”.
Ayşən Vəli