“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb. SİA xəbər verir ki, I Liqa təmsilçisi müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.
“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.
Qeyd edək ki, “Qəbələ” 12 turdan sonra I Liqanın lideridir.