Narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb

31 Yanvar 2025 12:44 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.