Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə 1,7 milyard manatlıq təşəbbüs reallaşdırıb

31 Yanvar 2025 10:24 (UTC+04:00)

Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin (AIC) dəstəyi ilə 1,7 milyard manatlıq 23 təşəbbüs reallaşdırıb. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, qeyri-neft sektorunun dayanıqlı inkişafı, bu sahəyə xarici investisiyaların cəlb olunması, müasir standartların və qabaqcıl təcrübələrin tətbiqi ilə yeni müəssisələrin yaradılması əsas prioritetlərimizdəndir: “Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin (AIC) dəstəyi ilə 19 yeni müəssisənin tikintisi daxil olmaqla, qida, tikinti, əczaçılıq, qablaşdırma, dağ-mədən, yaşılenerji və digər sahələrdə 23 təşəbbüs reallaşdırılıb. Ümumi dəyəri 1,7 milyard manat olan bu layihələr yerli istehsalın artırılmasına, idxalı əvəzləyən məhsulların istehsalının təşviqinə və məşğulluğun dəstəklənməsinə xidmət edir".