Avropada qazın qiyməti 555 dollara çatıb

31 Yanvar 2025 09:33 (UTC+04:00)

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 555 ABŞ dollarına çatıb. SİA xəbər verir ki, 30 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 555 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (550,6 dollar) ilə müqayisədə 0,8% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.