Tramp BRİCS ölkələrini yenə hədələdi

31 Yanvar 2025 08:41 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp qlobal ticarətdə ABŞ dollarına qarşı yeni valyuta və ya başqa alternativ yaratmağa çalışacaqları təqdirdə BRİCS ölkələrinə 100% idxal rüsumları tətbiq edəcəyini bildirib. SİA xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” hesabında yazıb.

“Biz zahirəm düşmən kimi görünən bu ölkələrdən yeni BRİCS valyutası yaratmamağı və ya güclü ABŞ dollarını əvəz edəcək hər hansı başqa valyutaya dəstək verməməyi tələb edəcəyik. Əks təqdirdə onlar 100%-lik əlavə rüsumlarla üzləşəcək və böyük Amerika iqtisadiyyatına mal satmaq imkanı ilə vidalaşacaqlar”, - deyə Tramp qeyd edib. Qeyd edək ki, o, bir müddət əvvəl də BRİCS ölkələrini gömrük rüsumları ilə hədələmişdi. Xatırladaq ki, BRICS Rusiya, Braziliya, Hindistan, Çin, CAR, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanından ibarət hökumətlərarası təşkilatdır.