Türkiyədə xeyli sayda hotel bağlanacaq

31 Yanvar 2025 03:41 (UTC+04:00)

İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya sənədi olub Mədəniyyət və Turizm Nazirliyinin yaşayış yeri kimi icazəsi olmayan bütün hotellər bağlanacaq. SİA xəbər verir ki, bunu İstanbul valisi Davut Gül açıqlayıb. Bildirilib ki, qarşıdakı günlər ərzində yoxlamalar aparılacaq. Ən gec fevralın 2-dək sözügedən mehmanxanaların hamısının fəaliyyəti dayandıralacaq. D. Gül söyləyib ki, prioritet məsələ hotellərin zəlzələyə davamlı olmasıdır.

Xatırladaq ki, sözügedən qərar Bolu vilayətində xizək kurortundakı hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğından sonra verilib.