Şahzadə Harri ABŞ-dan deportasiya oluna bilər

31 Yanvar 2025 02:40 (UTC+04:00)

Şahzadə Harrinin deportasiyasına səbəb ola biləcək iş üzrə ABŞ-da ilk məhkəmə prosesinin vaxtı müəyyənləşib. SİA xəbər verir ki, ilk proses fevralın 5-də başlayacaq.

Mühafizəkar İrs Fondu Harrinin ABŞ vizasını alarkən verdiyi məlumatların açıqlanmasını istəyir. Digər məsələ isə odur ki, şahzadə narkotik istifadə edib-etmədiyini açıqlamalıdır. O, tərcümeyi-halında kokain, marixuana və halüsinogen dərmanları sınadığını iddia edib. Fond şahzadənin viza sənədlərində deportasiya üçün səbəblər ola biləcəyindən şübhələnir.