...Piroqov Universitetinin Kliniki Tibb İnstitutunun Yoluxucu Xəstəliklər və Epidemiologiya kafedrasının müdiri, professor Vladimir Nikiforov Hindistandan gələn naməlum virusun ruslar üçün təhlükə yaratmadığını bildirib.
Deməli, SİA-nın məlumatına görə, Hindistanda naməlum xəstəlik epidemiyası qeydə alınıb. Belə ki, çandipur virusunun Cammu və Kəşmirdə yayıldığı ehtimal edilir. Bu xəstəliyə 38 nəfər yoluxub, onlardan 17-si beyin ödemi səbəbindən dünyasını dəyişib.
Piroqov Universitetinin Kliniki Tibb İnstitutunun Yoluxucu Xəstəliklər və Epidemiologiya kafedrasının müdiri, professor Vladimir Nikiforovun sözlərinə görə, bu virus ruslar üçün təhlükə yaratmır.
İş ondadır ki, onu Rusiyada olmayan ağcaqanadlar daşıyırlar. ...Ölkəmizdə yayılma istənilən hava şəraitində istisna olunur - istər soyuq qış, istərsə də isti. Bu virus yeni deyil; 1965-ci ildə Hindistanın ucqar kəndində aşkar edilib. Heç bir epidemiya təhlükəsi yoxdur, nəinki pandemiya…
Bunu deyən rusiyalı həkim qeyd edib ki, əksər hallarda xəstəlik yüngül formada, hətta xəstə olduqlarının fərqinə varmadan baş verir.
Nazlı Almuradova