Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib

30 Yanvar 2025 13:07 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında paylaşım edilib.

"Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin toqquşması nəticəsində baş verən faciəvi qəzadan dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə səmimi başsağlığı verir və sağ qalanlara şəfa diləyirik",-məlumatda qeyd olunub.