"Ailə həkimi ilə bağlı da ciddi problemlər var"

30 Yanvar 2025 11:45 (UTC+04:00)

"Hazırda Azərbaycan Tibb Universitetində bakalavr səviyyəsində tibb bacılarının hazırlanması nəzərdə tutulur". SİA xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, ailə həkimi ilə bağlı da ciddi problemlər var: “Məsələn bu proqram üzrə rezidenturaya 30 nəfər qəbul olub, amma cəmi 5 nəfər bitirib. Həmin say ailə həkiminə tələbatı ödəmir. Ona görə bu məsələ ilə bağlı yeni layihə hazırlanır”.