İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi maliyyə hesabatlarının auditi xidməti üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 126,65 manatdır.
İddiaçılar təkliflərini fevralın 13-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 20 ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bun tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC olub. Şirkətə 34 220 manat ödənilib.