Milli Depozit Mərkəzi sığortaçı seçir

30 Yanvar 2025 09:40 (UTC+04:00)

Milli Depozit Mərkəzi (MDM) avtonəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini fevralın 21-nə qədər MDM-nin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 2 A ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 21-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.