2024-YR4 asteroidi 2032-ci ildə Yer planeti ilə toqquşa bilər. SİA xəbər verir ki, bunu rusiyalı astronom, “Ka-Dar” rəsədxanasının rəhbəri Stas Korotkiy bildirib. Asteroidin 22 dekabr 2032-ci ildə Yerlə toqquşması ehtimalı 6 faizdir. Bu da onun kəşf olunmasından bəri ən yüksək proqrnoz göstəricisidir.
Qeyd edək ki, bəhs edilən asteroid 2024-cü ilin dekabr ayında kəşf olunub.