Rusiya təyyarəsi Xəzər dənizi üzərində həyəcan siqnalı verib

29 Yanvar 2025 22:10 (UTC+04:00)

Dubaydan Moskvaya uçan və Xəzər dənizi üzərində həyəcan siqnalı verən Rusiyanın “Pobeda” hava yollarına məxsus təyyarə Həştərxanda eniş edib.

SİA-nın məlumatına görə, bu barədə aviasiya xidmətlərinə istinadla bildirilir.

“Flightradar24” xidmətinin məlumatına görə, həyəcan siqnalından sonra təyyarə enməyə başlayıb, lakin sonra marşrut üzrə hərəkətini davam etdirib. Son məlumatlara görə, layner (hava gəmisi) Həştərxan əyalətində eniş edib.