...Qorlovka sakini casusluq işində təqsirli bilinib. DXR prokurorluğunun məlumatına görə, o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
SİA-nın məlumatına görə, qadın Qorlovkadakı məktəblərin birində rus dili və ədəbiyyatı müəllimi işləyirmiş.
Deyilənlərə görə, 2023-cü ilin fevralından iyun ayına qədər o, hərbi hospitalda müalicə olunan rus hərbçilərinin sayı və yeri haqqında məlumat toplayıb.
Qadın məlumatı messencerlərdən birində Ukrayna zabitinə ötürüb.
...Götürülmüş məlumatlar yaralı rus əsgərlərinin yerləşdiyi ərazilərə atəş zərbələri endirmək üçün istifadə oluna bilərdi.
Bu rus tərəfinin iddasıdır.
Qadın 11 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək.
Bundan əvvəl LPR məhkəməsi Ukrayna vətəndaşı Yelena Qriqorenkonu Kiyev xüsusi xidmət orqanları üçün məlumat toplamaqda təqsirli bilib.
Əli Babayev