...Suriya hakimiyyəti Moskvadan ötən ilin dekabrında üsyançılar Dəməşqi ələ keçirdikdən sonra Rusiyaya qaçan keçmiş diktator Bəşər Əsəd və onun baş köməkçilərini ekstradisiya etməyi tələb edib.
SİA-nın məlumatına görə, "The Times Of Israel" danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən yazır ki, bunu Suriyanın faktiki lideri Əhməd əl-Şaraa Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşündə deyib.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Putinin mətbuat katibi Dmitri Peskov belə bir tələbin həqiqətən irəli sürülüb-edilməməsi ilə bağlı şərh verməkdən imtina edib.
Kreml həmçinin bildirir ki, Suriyanın yeni rəhbərliyi ilə ölkədəki hərbi obyektlərini qorumaq üçün dialoqu davam etdirir.
Tartusdakı dəniz bazası və Latakiya liman şəhəri yaxınlığındakı Xmeymim aviabazasının itirilməsi Rusiyanın bölgədəki hərbi imkanlarına ciddi zərbə vura bilər.
Rusiyadan Əsədin ekstradisiya tələbi ilə bağlı məlumatı danışıqlardan xəbəri olan Suriya tərəfindəki Reuters agentliyi də təsdiqləyib.
Rusiya nümayəndə heyəti dekabrın əvvəlində ailəsi ilə birlikdə Moskvaya qaçan Əsədin devrilməsindən sonra ilk dəfə yanvarın 28-də Dəməşqə gəlib.
Əli Babayev