“Terrorsuz Türkiyə hədəfimizə mütləq nail olacağıq”

29 Yanvar 2025 19:22 (UTC+04:00)

Rəcəb Tayyib Ərdoğan "Türkiyəni bölgənin və dünyanın əsas mərkəzlərindən birinə biz çevirəcəyik" deyə bildirib. O, Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup iclasında çıxış edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir

Prezident "Türkiyəni bölgənin və dünyanın əsas mərkəzlərindən birinə biz çevirəcəyik. Biz hər irəliyə doğru addım atdıqca bizi geri çəkməyə çalışan 40 illik terror bəlasını da tamamilə aradan qaldırdıqdan sonra yüksəlişimiz, inşallah, böyük bir sıçrayışa çevriləcək. Terrorsuz Türkiyə hədəfimizə istənilən şəkildə, amma mütləq nail olacağıq" deyə vurğulayıb.

"Türkiyə strateji addımları və insanı mərkəzə alan siyasətləri ilə tarixə öz möhürünü vurur. Dünyanın mərkəzi sayılan Afro-Avrasiya bölgəsinin yüksələn ulduzu Türkiyədir",–açıqlamasını verən Ərdoğan "Suriyadan Fələstinə qədər bölgəmizdə tarix yenidən yazılır. Unutmayın, bacı-qardaşlarımızla birlikdə bizim də gələcək əsrimiz formalaşır" deyə bildirib.