Çin Rusiyanın Su-57-lərini ələ salır..?

29 Yanvar 2025 18:14 (UTC+04:00)

...Rusiyanın Su-57 Felon gizli qırıcısı ixracat gözləntilərini doğrulda bilmir. Qərbin sanksiyaları nəinki Rusiyanın əhəmiyyətli miqdarda təyyarə istehsal etməsinə mane olur, hətta ilk potensial alıcı Çinin də Su-57-yə ehtiyacı yoxdur..?

SİA-nın məlumatına görə, bunu “19fortyfive.com” saytında keçmiş müdafiə və xarici siyasət məsləhətçisi və ABŞ ordusunun keçmiş piyada zabiti Brent M. İstvud məqaləsində yazıb.

Müəllif qeyd edib ki, Su-57-nin ixrac uğuru kimi gələcəyi, xüsusən də potensial alıcıların belə mürəkkəb təyyarəyə xidmət göstərərkən qarşılaşdıqları çətinlikləri nəzərə alsaq, qeyri-müəyyən olaraq qalır.

Çin hələ Su-57 üçün ixrac tərəfdaşı deyil və bu qırıcını heç vaxt ala bilməz. Çinlilərin artıq “Felon”a bənzər J-20 adlı gizli qırıcısı var.

İstvud xatırladır ki, Moskva keçən payızda iki “Felon” prototipini Çjuxai aviaşousu üçün Çinə göndərmişdi. Nəticədə, çinlilər “Su-57-yə burunlarını dikdilər” və bildirildilər ki, “təyyarəni onların keyfiyyətsiz quruluşuna və vəziyyətinə görə lağa qoyurlar”.

Əli Babayev