Cənubi Sudanda bir təyyarənin havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğraması nəticəsində ilkin məlumatlara görə, 18 nəfər həyatını itirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudan Missiyası (UNMISS) tərəfindən idarə olunan “Radio Miraya” Cənubi Sudanın Birlik əyalətindəki Birlik Neft Sahəsindən havaya qalxan təyyarənin qısa müddət sonra qəzaya uğradığını təsdiqləyib.
Radionun məlumatına görə, təyyarə qəzası nəticəsində ilkin məlumata əsasən 18 nəfər həlak olub, qəzadan sağ çıxan 3 nəfərin isə vəziyyəti kritikdir.