Qrenlandiya əhalisinin 85 faizi adanın Amerika Birləşmiş Ştatlarının tərkibinə keçməsini istəmir.
SİA-nın məlumatına görə, Qrenlandiyanın milli qəzeti “Sermitsiaq” və Danimarka media qurumu “Berlinqske” üçün “Verian” sosioloji mərkəzinin keçirdiyi ictimai rəy sorğusunda ABŞ prezidenti Donald Trampın ada ilə bağlı açıqlamalarından sonra əhalinin bu məsələyə münasibəti araşdırılıb.
Sorğunun nəticələrinə görə, Qrenlandiyanın Amerikanın bir hissəsi olmasını istəməyənlərin nisbəti 85 faiz, birləşmə fikrini dəstəkləyənlərin nisbəti isə 6 faiz olaraq qeydə alınıb.
Donald Tramp bir neçə aydır ki Qrenlandiyanın ABŞ-ın nəzarətində olmasına dair fikirlərini təkrarlayaraq buranın mülkiyyəti və idarəsinə sahib olmağın onlar üçün zəruri olduğunu ifadə edir.
Qeyd edək ki, 2 min 900 kilometr məsafədəki Danimarka Krallığının tərkibində olan Qrenlandiya Farer Adaları kimi muxtar bir bölgədir.