“30-a yaxın müraciət daxil olub” - Rövzət Qasımov

29 Yanvar 2025 16:23 (UTC+04:00)

“Qanun pozuntusu ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb”. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

Qurum rəsmisi bildirib ki, MSK-nın qaynar xətləri və elektron poçt ünvanları daim aktivdir: “Qaynar xəttimizə 30-a yaxın müraciət daxil olsa da, bunlar məlumat almaq üçün olub. Biz çalışırıq ki, özümüzdə hər zaman məlumatları araşdıraq. Hər hansısa bir yerdə xoşagəlməz hal baş verərsə bunun qarşını ala bilək. Hər kəs skandallı məlumatlar yaymağa üz tutur. Amma bunların heç bir əsası yoxdur. Yalnız diqqət çəkmək üçün paylaşılır”.

Banuçiçək Hüseynli