Naxçıvanda məhkumlar bələdiyyə seçkilərində səs veriblər - FOTOLAR

29 Yanvar 2025 14:40 (UTC+04:00)

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə məhkum olan vətəndaşların da iştirakı təmin edilir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Babək-Şahbuz-Kəngərli 3 saylı seçki dairəsinin 3-60 saylı seçki məntəqəsində məhkumların səs verməsi üçün şərait yaradılıb. Cəza çəkən şəxslər sərbəst şəkildə səsvermə hüququndan istifadə ediblər.