Azərbaycan Türkiyə və Özbəkistanla ticarət əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Ankara şəhərində keçirilən Türkiyə- Azərbaycan-Özbəkistan biznes forumunda həmkarlarla birlikdə ölkələrimiz arasında iqtisadi birliyi gücləndirmək, biznes tərəfdaşlığının effektivliyini artırmaq, ticarət əlaqələrimizi genişləndirmək, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviq etmək imkanlarını müzakirə etdik”, -deyə nazir qeyd edib.