Ruslar Kurskda hücum edir, amma itkilər fəlakətlidir...

30 Yanvar 2025 00:34 (UTC+04:00)

...Rusiyanın dəniz piyada və paraşütçüləri zirehli texnikalarını Amerikanın M-2 döyüş maşınları ilə təchiz edilmiş Ukrayna Silahlı Qüvvələri qarşısında ataraq Kursk vilayətindən qaçırlar..?

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Forbes” yazır.

...Bu cür hücumların nəticəsi yalnız məhv edilmiş avadanlıqların sayının artmasıdır.

...Ruslar ümidsiz şəkildə Kursk bölgəsini azad etməyə çalışırlar və böyük itkilər verirlər.

Bunları yazan “Forbes” bəzi etiraflar da edir...

...Lakin əhəmiyyətli itkilərə baxmayaraq, bu o demək deyil ki, Rusiya artıq dörd ildir davam edən işğalçılıq müharibəsini uduzur. Ukrayna mənasız hücumlarda o qədər də texnika sərf etmir, amma özü də uzadılmış cəbhə xəttində ciddi çətinliklərlə üzləşir.

Yanvarın 18-də Rusiya Federasiyasının 155-ci Əlahiddə Dəniz Piyada Briqadası və 234-cü Hava-Desant Hücum Alayının iştirakı ilə başlayan üç günlük hücum zamanı 14 piyada döyüş maşını və BMD-ləri, həmçinin üç T-80 tankı məhv edilib.

Çərşənbə axşamı günü və ya ondan bir qədər əvvəl baş verən başqa bir hücum Rusiya Federasiyası üçün ən azı dörd tank, döyüş maşını və bir pikap itkisi ilə başa çatıb.

...Ukrayna qüvvələrinin avqust ayında Kurska doğru

irəliləyərək Sudja yaxınlığında 250 kvadrat mil ərazini ələ keçirdiyini yazan “Forbes”, Rusiya liderinin öz qoşunlarına və Şimali Koreyanın əlavə qüvvələrinə fevral ayına qədər ukraynalıları qovmağı əmr edib.

Nəşr yazır ki, Rusiya-Şimali Koreya birliklərinin 20 min əsgərə qarşı 60 minlik üstünlüyü olsa belə, onlar yalnız kiçik taktiki uğurlar əldə edə bildilər.

Rusların uğursuzluqlarını 47-ci Mexanikləşdirilmiş Briqadanın müdafiə etdiyi Nikolskoye kəndi yaxınlığında çoxsaylı yanmış texnika qalıqları sübut edir.

...Rusların və onun müttəfiqlərinin itkiləri fəlakətlidir. Ukrayna rəsmilərinin məlumatına görə, artıq Kursk yaxınlığında 30 min rus əsgəri ölüb və ya yaralanıb. Şimali Koreyalılar arasında yüksək rütbəli zabitlər də daxil olmaqla itkilər 4000 nəfərə çatıb. Zirehli texnika çatışmazlığı səbəbindən bəzi rus bölmələri mülki avtomobillərə hücum etmək məcburiyyətində qalır.

Qeyd edilməlidir ki, bu itki səviyyəsi Rusiya hərbi komandanlığı üçün ciddi problemlər yaradır. Kreml Ukraynada vəziyyətin daha da pis olacağını gözləyir və bəlkə də səbəbsiz deyil.

Ukraynanın ən döyüşə hazır briqadalarının gücləndiricilərə ehtiyacı var, lakin Kiyev yeni yaradılmış və zəif komandanlığa və kifayət qədər dəstəyə malik olmayan bölmələrə yeni çağırışçılar göndərir. Artıq iki belə briqada rus artilleriyasının zərbələri altında dağılıb və çoxlu gənc əsgərlər zəif hazırlıq ucbatından itkilər veriblər.

Hər iki ordu gərgin mübarizə aparır. Rusiya bir neçə metr irəliləmək üçün son ehtiyatını döyüşə atıb. Hücumları dəf edən Ukrayna qoşunları canlı qüvvə çatışmazlığı səbəbindən itkilər verir.

…Və bu gün əsas sual qalır: birinci kim uğursuz olacaq?

Əli Babayev