Mingəçevirdə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vurmaqa təqsirləndirilən 58 yaşlı Rasim Həsənov həbs edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumat verilib.
Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri - yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər verərək həmin şəxslərin 165 min manat pulunu dələduzluqla ələ keçirməkdə şübhəli bilinən Rasim Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.