Seçici fəallığının ən yüksək olduğu seçki dairəsinin adı açıqlanıb

29 Yanvar 2025 11:16 (UTC+04:00)

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən yüksək olduğu seçki dairəsinin adı açıqlanıb. SİA xəbər verir ki, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsində ən yüksək seçici fəallığı müşahidə olunub.

Bu seçki dairəsində 47 min 95 seçicidən 8 min 494 nəfəri (18.04 faiz) səsvermədə iştirak edib.