"Gücümüzü birləşdirməliyik" - Qapıçı DANIŞDI

29 Yanvar 2025 11:16 (UTC+04:00)

“Rəqib Avropanın “top” komandasıdır”. Bunu SİA-ya Azərbaycanın futzal millisinin üzvü Emin Kurdov deyib.

O, Avropa çempionatının əsas mərhələsində səfərdə Xorvatiya ilə qarşılaşacaqları matç barədə danışıb.

Futzalçı bildirib ki, Xorvatiya çox güclüdür və dünya çempionatında da çıxış edib: “Heyətində oyunçular var ki, İspaniya çempionatında çıxış ediblər. Qrupun favoritidir. Gündə iki dəfə olmaqla məşqlərdə iştirak edirik. Hər şey yaxşıdır. Gənclərimiz var gücləri ilə hazırlaşırlar. Rəqib nə qədər güclü olsa da, onlardan çəkinmirik. Öz oynumuzu oynayıb maksimum nəticə qazanacayıq. Çünki Yunanıstanla bizi Bakıda oyun gözləyir. Bu qarşılaşmaya ən az itki ilə çıxmalıyıq. Gücümüzü birləşdirməliyik. Real danışsaq matçda ən azından xal almağı düşünürük”.

Qeyd edək ki, Xorvatiya ilə matç yanvarın 31-də baş tutacaq.

Banuçiçək Hüseynli