Qubada kişi sanitar qovşaqda dəm qazından zəhərlənərək ölüb

29 Yanvar 2025 10:13 (UTC+04:00)

Qubada kişi dəm qazından zəhərlənərək ölüb. SİA xəbər verir ki, ötən gün Ramazanov Zöhrab Müslüm oğlu yaşadığı həyətdə yerləşən sanitar qovşaqda olan zaman ora quraşdırılmış su qızdırıcı avadanlıqdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.