Bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib - MSK SƏDRİ

29 Yanvar 2025 08:06 (UTC+04:00)

“Bələdiyyə seçkilərində ümumilikdə 71 min 209 nəfərin səsverməni müşahidə etmək hüququ var. Onların sırasına media nümayəndələri daxil deyil”. SİA xəbər verir ki, bu sözləri bələdiyyə seçkilərinin başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

O qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib. Seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edildiyini deyən M.Pənahov istənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə biləcəyini vurğulayıb. Bu, beynəlxalq səviyyədə Azərbaycan praktikası kimi qəbul edilir.