2025-ci ildə vergilər üzrə güzəştlər BƏLLİ OLDU - ŞƏRH EDİLDİ

28 Yanvar 2025 19:24 (UTC+04:00)

“2025-ci ildə də vergi qanunvericiliyinə əlavə dəyişikliklər edildi. Bu dəyişikliklər əvvəlki illərə baxanda həcmcə biraz daha az oldu. Amma yenə də edilən dəyişikliklər çox mühüm və vacibdir. Vacib məqamlardan biri qanunvericiliyə əsasən mikro sahibkar fiziki və hüquqi şəxslər öz gəlirlərindən 75 % güzəşt tətbiq edə və nəticədə 20 yox, 5 faiz dərəcəsi ilə vergi ödəyə bilərlər. Amma 2024-cü ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən bu güzəşt o halda mikro sahibkarlar olan vergi ödəyicilərinə verilir ki, həmin fiziki və ya hüquqi şəxslər ən azı üç işçisi olmalıdır. Belə olan təqdirdə bir sıra fəaliyyət sahələri ilə məşğul olan bəzi vergi ödəyicilər, xüsusi mikro sahibkar olan fiziki şəxslər üçün əlavə bir yük yaradırdı”. Bu sözləri auditor Anar Bayramov SİA-ya açıqlamsında deyib.

Onun sözlərinə görə, bu sahə ilə məşğul olan mikro sahibkarların əlavə üç işçiyə ehtiyacları olmurdu, onlar tək çalışırdılar: “Qanuna edilmiş bu dəyişiklik onlar üçün əlavə maliyyə itkisi və risk yaradırdı. 2025-ci ildə Vergi Məcəlləsinə bəzi fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxslər üç işçisi olmadan belə öz gəlirlərindən 75 % güzəştlərindən istifadəsi əlavə edilib. Yəni vergilərini maxsimum 5% dərəcəsi ilə ödəyə bilərlər. Bu sahələrin konkret siyahısı vardır. Proqram təminatlarının işlənib hazırlanması, lahiyə-dizayn fəaliyyəti, dekorasiya işlərinin görülməsi, jurnalist fəaliyyəti, elm, təhsil, idman-mədəniyyət sahəsində xidmətlərin göstərilməsi, turizm bələdçiliyi, xidmətlərin ixracı kimi istiqaməti bəlli olan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxslərə aid edilir. Amma bu fiziki şəxslərin illik 45 manatlıq gəlirlərinə güzəşt tətbiq olunur”.

Anar Bayramov həmçinin qeyd edib ki, əgər il ərzində 50 000 gəlir əldə edirlərsə, o zaman 3 işçisi olmadan həmin şəxslərə 75 % güzəşt hüququ ola bilməz: “Hansı ki, qeyd etdiyimiz sahələr üzrə olan şəxslərin illik gəliri 30-40 min arasındadır. Dövlət həmin şəxsləri qorumaq üçün 3 nəfər işçi tələbini onlara aid etmədi.

Vergi Məcəlləsi həmçinin işçilərə verilən yemək, mənzil xərcləri müəyyən hissəsini müəssisə öz gəlirindən çıxılmasına icazə verir. Bu da şirkətin əməkdaşlarını yeməklə təmin etməyə stimullaşdırır. Bu qanun qüvvəyə minənədək əgər müəssisə işçilərini yeməklə təmin edirdisə, çəkilən xərclər öz gəlirindən çıxıla bilməzdi. Lakin 2024-cü ildən qanunvericiliyə edilmiş müvafiq əlavə və dəyişiklikdən sonra müəssisələr tərəfindən öz işçilərini yeməklə təmin etmək üçün bir stimul yarandı. Lakin burada bəzi məqamlar var ki, onlara diqqət etmək lazımdır. Əvvəla şirkət hər bir işçi üçün gündəlik 5 manat məbləğində yemək xərcini gəlirindən çıxa bilər. 5 manatdan artıq hissəni müəssisə öz gəlirindən çıxa bilməz və öz xalis mənfəəti hesabına qarşılaya bilər. Digər məqam bu yemək xərci əgər işçiyə verilirsə o zaman həmin məbləğ işçiyə mütləq nağdsız qaydada verilməlidir. Və yaxud hansısa bir restoran, ketirinq şirkəti tərəfindən təmin edilirsə və yaxud müəssisə özü ərzağı alıb öz mətbəxində yeməyi hazır edib işçilərini yeməklə təmin edirsə o zaman həmin xərclər elektron qaimə vasitəsilə rəsmiləşdirilməlidir və ödənişi nağdsız qaydada həyata keçirilməlidir. Habelə 2025-ci ildə Vergi Məcəlləsində bəzi güzəşt müddəti bitmiş sahələrin güzəşt müddətlərinin uzadılması da öz əksini tapmışdır, uzadılması və s. kimi güzəştlər olunur”.