Hindistan vә Çin arasında uçuşlar bәrpa olunur

28 Yanvar 2025 18:27 (UTC+04:00)

Hindistan və Çin beş illik fasilədən sonra birbaşa uçuşları bərpa etməyə hazırlaşır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə hindistanlı diplomat Pekinə səfəri zamanı açıqlama verib.

Bu addım iki qonşu arasındakı münasibətlərin yenidən normallaşdığını göstərir.

Hər iki ölkə etimadı artırmağı, ticarət məsələlərini həll etməyi və müqəddəs hindu ziyarətlərini bərpa etməyi vəd edib.

Uçuşların təşkili ilə bağlı müzakirələrin tezliklə yekunlaşacağı gözlənilir.