...Yanvarın 28-də Serbiyanın baş naziri Miloş Vuçeviç noyabrın əvvəlindən ölkəni bürüyən kütləvi etirazlar fonunda istefa verdiyini açıqlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Polskieradio məlumat yayıb.
Baş nazirlə yanaşı, Novi Sad şəhərinin meri Milan Djuric də istefa verdiyini açıqlayıb.
Vuçeviç qeyd edib ki, istefasını Serbiya prezidenti Aleksandr Vuçiçlə müzakirə edib və o, bunu qəbul edib.
Bundan əvvəl, yanvarın 27-də Vuçiç hökumətin təcili və ciddi şəkildə yenidən qurulmasını tələb edərək, kabinetin ən azı yarısının dəyişdirilməsini tələb etmişdi.
Xatırladaq ki, Serbiyada etirazlar noyabrın 1-də Novi Sad qatar stansiyasının damının bir hissəsinin uçması və 15 nəfərin ölümündən sonra başlayıb.
Etirazçılar hakimiyyəti korrupsiyada və səhlənkarlıqda günahlandırır və onların faciəyə səbəb olduğunu düşünürlər. Etirazlara ölkə boyu artıq 60-dan çox universitet fakültəsini işğal edən və on minlərlə iştirakçının iştirakı ilə kütləvi nümayişlər təşkil edən tələbələr rəhbərlik edir.
Onların tələblərnə:
-stansiyanın yenidən qurulması ilə bağlı bütün müqavilələrin dərc edilməsi,
-nümayişçilərə hücumlara görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi,
-etirazçılara qarşı ittihamları ləğv etmək,
-ali təhsilə ayrılan vəsaitin 20 faiz artırılması daxildir.
Vuçeviçin istefası ölkədə siyasi dəyişikliklərin başlanğıcı ola bilər, lakin etirazçılar bütün tələblərinin yerinə yetirilməsində israr edirlər.
Əli Babayev