AMB “PAŞA Sığorta”ya icrası məcburi göstəriş verib

28 Yanvar 2025 16:14 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Sığorta” ASC-yə icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində məlum olub ki, “PAŞA Sığorta” sığorta qaydalarında müəyyən edilmiş şərtlərlə sığorta müqavilələrinin bağlanılmasına dair tələbləri pozub. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən şirkətə icrası məcburi göstəriş verilib.