Lənkəranda yol qəzasında xəsarət alanların sayı 21-ə çatıb - YENİLƏNİB

28 Yanvar 2025 15:10 (UTC+04:00)

Lənkəranda baş verən yol qəzasında xəsarət alanların sayı artıb. SİA-nın məlunatına görə, TƏBİB-dən bildirilib ki, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-i saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.