"Zədələndikdən sonra iki oyunu buraxmışam" - Basketbolçu FİKRİ

28 Yanvar 2025 14:58 (UTC+04:00)

““Şəki”yə məğlubiyyətdən sonra komanda özünə gəlməyə çalışacaq”. SİA xəbər verir ki, bunu “Ordu” klubunun kapitanı Rüstəm Əliyev “Gəncə” ilə kubokun 1/8 final matçı öncəsi klubun mətbuat xidmətinə açıqlama verib.

Əliyev bildirib ki, meydana yalnız qələbə üçün çıxacağıq: “Bütün fikrimizi bu oyuna yönəltmişik. Zədələndikdən sonra iki oyunu buraxmışam. Sabahkı oyunla bağlı məşqçiyə bildirdim ki, lazım gəlsə 10-12 dəqiqə meydanda ola bilərəm. Bu oyun bazar günü “Gəncə” ilə Bakıda keçirəcəyimiz görüş öncəsi ciddi bir hazırlıq olacaq. Kubokda da yolumuza davam etmək istəyirik. İnanıram ki, hər iki oyunda istədiyimizə nail ola bilçəcəyik”.