ARDNF ötən il büdcə öhdəliyini tam icra edib

28 Yanvar 2025 13:37 (UTC+04:00)

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulan qədər - 12 milyard 781 milyon manat vəsait transfert edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 8,9 % çoxdur.

Hesabat dövründə ARDNF-dən transfertlər büdcə gəlirlərinin 34,4 %-ni təşkil edib.