“Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”. Bunu SİA-ya azərbaycanlı atlet İlahə Quliyeva deyib.
O, atletika üzrə Bakı qış çempionatında rekorda imza atması ilə bağlı danışıb.
Quliyeva bildirib ki, illərdi qırılmayan rekorda imza atdığı üçün özüylə fəxr edir: “Yarış çox gərgin və həyəcanlı idi. Rəqibimdə olduqca güclü idmançı idi. Sona kimi mübarizəmi davam etdirdim. Özümə çox inanırdım. Bilirdim ki, bunu bacaracam. Ona görə bütün gücümlə bu yarışa hazırlaşırdım”.
Atlet həmçinin gələcək planları barədə danışıb: “Avropa və beynəlxalq yarışlara hazırlaşıram. Hər gün məşqlər edirik. Xarici yarışlarda ölkəmizi layiqincə təmsil etmək istəyirəm”.
Qeyd edək ki, Quliyeva Bakı qış çempionatında 400 m məsafəyə qaçışda 20 yaşadək qızlar arasında qapalı məkanlar üçün ən yüksək nəticə göstərib. İlahə finişə 56,50 saniyəyə çatıb.
Banuçiçək Hüseynli