Qurumların siyahısı genişləndirilib

28 Yanvar 2025 10:34 (UTC+04:00)

“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısına əlavə edilib.